Milli parklarda qayda pozuntusuna görə cəzalandırılan vəzifəli şəxslərin sayı açıqlanıb

Milli parklarda qayda pozuntusuna görə cəzalandırılan vəzifəli şəxslərin sayı açıqlanıb.

“Report” xəbər verir ki, bu barədə Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəis müavini Arzu Səmədova “Ekspert saatı”nda məlumat verib.

Onun sözlərinə görə, ötən il ərzində düzgün işləməyən, ərazisində qanun pozuntusu edən sonuncu xəbərdarlıqla şiddətli töhmət verilən 7 əməkdaş olub: "2 əməkdaşın əmək müqaviləsinə xitam verilib. Bir nəfər sahə müfəttişi aşağı vəzifəyə keçirilib. 7 mühafizə işçisi, 5 sahə müfəttişi, 4 nəfər direktor müavini töhmət alıb. Xəbərdarlıq alanlar arasında rəhbər işçilər, direktor və müavinlər də var”.