"Sülhməramlılar Laçında sərhəd - keçid məntəqəsinin funksiyalarını həyata keçirə bilməzlər"  - Politoloq 

"Laçın dəhlizi ilə bağlı cənab Prezidentin dediklərinə cavab olaraq Rusiya XİN rəsmisi Mariya Zaxarovanın şərhi ilə tanış olduq".

"Sherg.az" xəbər verir ki, bu barədə politoloq Zaur Məmmədov deyib. 

Ekspert bildirib ki, bəzi dairələr hələ də sülhməramlıların hansı səlahiyyətlərə malik olmaları haqqında biliklərə malik deyillər: 

"Sülhməramlılar beynəlxalq standartlara görə həmişə təhlükəsizliyə cavab verirlər. Onların fəaliyyət göstərdikləri ərazi isə, Azərbaycan ərazisidir. Adı çəkilən qruplar gömrük - keçid və sərhəd - keçid məntəqəsinin funksiyalarını həyata keçirə bilməzlər. Sülhməramlılar Ermənistandan Qarabağa yerli ermənilərin gəliş - gedişini təmin edir və ancaq buna görə məntəqədə yoxlama - keçid məntəqəsi qurublar. Xarici vətəndaşların Azərbaycandan icazəsiz bölgəni ziyarət etmələri təxribat və beynəlxalq hüququn pozulmasıdır. Laçın dəhlizinə Ermənistandan daxil olan 91 faizi avtomobilin yoxlanılmaması, Limonovların və Pekreslərin maneəsiz Xankəndinə ayaq basmaları ciddi iraddır".