Baş nazir Gürcüstanın Aİ-yə üzvlük ərizəsini imzalayıb

Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Gürcüstanın Avropa İttifaqına (Aİ) üzvlük ərizəsini imzalayıb.
APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Baş nazir İrakli Qaribaşvili xalqa müraciətində bildirib.
“Bu gün Gürcüstan üçün tarixi bir gündür. Mən ölkə adından Aİ-yə üzvlük ərizəsini imzalayıram. Aİ-yə üzvlük üçün müraciət etmək Gürcüstanın Avropaya inteqrasiya yolunda mühüm bir addım, tariximizin yeni səhifəsini açan bir mərhələdir”, - İrakli Qaribaşvili vurğulayıb.

Qeyd edək ki, Gürcüstan Aİ-yə üzvlük üçün sürətləndirilmiş namizəd statusu almaq məqsədi ilə müraciət sənədini bu gün ittifaqın strukturlarına təqdim edəcək.