Tansu Çillər siyasətə qayıdır: Üç partiyaya sədr olmağı təklif etdi


Türkiyənin keçmiş baş naziri Tansu Çiller yenidən siyasətə qayıdır.

Belə ki, keçmiş hökumət rəhbəri Türkiyənin Demokrat, Ədalət və Doğru Yol partiyalarına təklif göndərib.

T.Çiller sözügedən partiyaların sədri olmağı təklif edib. Hər üç partiyanın məsələyə müsbət yanaşmadığı bildirilir.

Mənbə: Haber Global