Ukrayna ilə Rusiya arasında yeni danışıqların nə vaxt aparılacağı açıqlanıb


Ukrayna və Rusiya Federasiyası arasında danışıqların dördüncü raundu “hüquqi formatlar” hazırlandıqdan sonra baş tutacaq.

Trend-in məlumatına görə, bu barədə “Kommersant” qəzetinə müsahibəsində Ukrayna prezidenti Vladimir Zelenskinin aparat rəhbərinin müşaviri Mixail Podolyak deyib.

Onun sözlərinə görə, bu cür formatlar yaxın gələcəkdə hazırlana bilər:

"Qarşılıqlı hüquqi formatlar işlənib hazırlandıqdan sonra görüş - danışıqların dördüncü raundu təyin olunacaq. Bu sabah da, o biri gün də ola bilər...".