Türkiyə Rusiyaya qarşı sanksiyalara qoşulmayacaq - Çavuşoğlu

Türkiyə Ukraynada keçirilən xüsusi əməliyyata görə bir sıra Qərb ölkələrinin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalara qoşulmayacaq.

Trend-in məlumatına görə, bu barədə Türkiyə xarici işlər naziri Mövlüd Çavuşoğlu Antalya Diplomatiya Forumunda bildirib.

"Hesab edirik ki, sanksiyalar problemi həll etməyəcək. Məsələn, hava məkanının bağlanması. Biz onu Montrö Konvensiyasına əsasən bağlaya bilmərik. Bu qanuni öhdəlikdir", - deyə Nazir qeyd edib.