Nazir müavini Niderlandda səfərdədir - FOTO

Bu gün Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfovun rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti Niderland Senatında olub.
Xələf Xələfov Senatın Xarici İşlər Komissiyasının sədri və siyasi partiyaların üzvləri ilə görüşüb.
İkitərəfli parlamentlərarası əlaqələr üzrə səmərəli müzakirə keçirilib.