İsveçrə Ukrayna və Rusiya arasında vasitəçilik təklif edib



İsveçrə Ukraynada vəziyyətin nizamlanması üzrə danışıqlarda vasitəçi kimi çıxış etməyə və ya danışıqlara ev sahibliyi etməyə hazırdır.

Sherg.az  Trend-ə istinadən xəbər verir ki, bunu Bern şəhərində keçirilən mitinq zamanı İsveçrə Prezidenti İqnasio Kassis deyib.

"İsveçrə vasitəçilik etməyə və ya danışıqlara ev sahibliyi etməyə hazırdır. İsveçrə neytrallığı və humanitar ənənələri özündə birləşdirir", - deyə İ.Kassis bildirib.