Rusiyadan hiylə: Nəzarətinə aldığı ərazilərin sakinlərinə kredit borclarını siləcəklərini vəd edirlər

Rusiyanın nəzarətinə keçən ərazilərdə hərbçilər Ukrayna vətəndaşlarına kredit borclarını siləcəklərini, yerli iş adamlarına isə biznes fəaliyətləri üçün güzəştlər edəcəklərini vəd edirlər.

Sherg.az 24News.ge istinadən xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumatda bildirilib ki, yerli sakinlər ruslara etiraz edir və onları ölkəni tərk etməyə çağırırlar.

Məlumata əsasən, Rusiya nəzarət etdiyi ərazilərdə sərt inzibati-polis rejimi ilə humanitar böhran yaradır: “Ötən sutka Ukraynanın Dnepropetrovsk vilayətinin Apostolov şəhərindən Xersona göndərilən ərzaqla və ilkin tələbat üçün dərman pereparatları ilə dolu 14 yük maşını əraziyə buraxılmayıb. Bu yolla yerli sakinləri onlarla əməkdaşlığa məcbur etmək istəyirlər".

Nazirliyin digər bir məlumatına görə, qarşı tərəf martın 19-da və martın 20-nə keçən gecə hücum əməliyyatı keçirməyib və onlar qismən məhv edilən texnikanı bərpa edib, xarici muzdluları Ukrayna ilə sərhəd rayonlara yerləşdirib.