"Suverenliyimizlə bağlı  Putinlə heç bir  kompromisə getməyəcəm" - Zelenski

Ukraynanın ərazi bütövlüyünə dair heç bir mövzuda güzəştə getməyəcəm.

Sherg.az Axar.az-a istinadən xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski deyib.

Ukraynalı lider bildirib ki, Krımın Rusiyanın bir hissəsi kimi və Donbasdakı iki respublikanın müstəqilliyinin tanınmasına dair heç bir kompromisə getməyəcək.

“Müstəqil dövlət olaraq getməyəcəyimiz kompromislər var. Ərazi bütövlüyümüz və suverenliyimizlə bağlı istənilən kompromisə Ukrayna xalqı öz sözünü dedi: rus əsgərlərini gül buketi ilə deyil, mərdliklə, əllərində silahla qarşıladılar", - Zelenski vurğulayıb.

O, əlavə edib ki, Rusiya zorla başqa ölkə vətəndaşlarının rəğbətini qazana bilməz:

“Siz başqa ölkənin prezidentini güc tətbiq etməklə nəyisə tanımağa məcbur edə bilməzsiniz”.