Ukrayna tərəfindən açıqlma: "Zelenski və Putinin danışıqlarına hazırlıq gedir"

“Ukrayna Prezidenti Vlodomir Zelenski və Rusiyanın dövlət başçısı Vladimir Putinin görüşü sülhün bərpası üçün açardır”.

 Bu barədə Ukrayna Prezidenti Ofisinin rəhbərinin müşaviri Mixail Podolyak BBC-yə müsahibəsində bildirib.

M.Podolyak, vurğulayıb ki, dövlət başçılarının ehtimal olunan görüşü ilə bağlı hələlik tarix proqnozlaşdırmaq mümkün olmasa da lakin işlər davam edir:

“İstənilən fundamental qərar yalnız dövlət başçıları səviyyəsində qəbul oluna bilər. Belə bir görüşə hazırlıq gedir. Bu görüşü təşkil etmək istəyən tərəfdaşlarımızla əlaqələrimiz davam edir. Bəzi ilkin sənədlər hazırlanıb, liderlərə veriləcək. Onlar bunu qiymətləndirəcəklər. Bu, prezidentlər səviyyəsində üzbəüz müzakirə üçün “yol xəritəsi” olacaq”.

Podolyak onu da bildirib ki, Ukraynada aktiv döyüş əməliyyatları 2-3 həftəyə başa çata bilər: “Çünki rusların mübarizə aparacaq gücü qalmayıb. Onların gücləri yaxın vaxtda tükənəcək. Son 5 gündə baş verənlər gələcəkdə olacaqların kiçik bir modelidir”, - deyə o bildirib.