Türkiyə və Macarıstan XİN başçıları Ukraynanı müzakirə edib


Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə macarıstanlı həmkarı Peter Siyatro arasında telefon danışığı olub.

Bu barədə "Report"un yerli bürosuna Türkiyə XİN-dən məlumat verilib.

Qeyd edilib ki, telefon danışığı zamanı Ukrayna müharibəsi və ölkədəki hazırki humanitar vəziyyətlə bağlı son yeniliklər müzakirə olunub.