Lavrov: "İstanbul danışıqlarının səmərəli olmasında maraqlıyıq"

"Rəsmi Moskva Ukrayna ilə İstanbul danışıqlarının səmərəli olmasında maraqlıdır”.

“Report” xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov Serbiya KİV-nə müsahibəsində bildirib.

“Bir müddətdir keçirilən bu danışıqlar bir neçə videogörüşlərdən sonra bu gün və ya sabah İstanbulda əyani formatda davam etdiriləcək. Biz də bu danışıqların bir nəticə verməsində maraqlıyıq”, - rusiyalı nazir vurğulayıb.