Lavrov:"Çinlə münasibətlərimiz güclənir"

Rusiyanın xarici işlər naziri Sergey Lavrov bu gün Çinlə münasibətlərindən bəhs edib.
"Sherg.az" "Cümhuriyet"ə istinadən xəbər verir ki,  nazir  Qərb dövlətləri Moskvanı sanksiyalarla təcrid etməyə çalışdığı bir vaxtda Rusiyanın Çinlə münasibətlərinin gücləndiyini vurğulayıb.
Qeyd edək ki, Pekin dəfələrlə sanksiyalara qarşı çıxıb, Rusiya ilə normal iqtisadi və kommersiya mübadilələrini davam etdirəcəyini bildirib. Moskvanın Ukraynadakı hərəkətlərini pisləməkdən imtina edib.
Bununla belə, Çin şirkətləri sanksiyalarla üzləşə biləcəyi üçün hökumət ehtiyatlı davranmağa çalışır.