Azərbaycanla Avropa İttifaqı arasında yeni saziş yaxın zamanlarda tamamlanacaq – RƏSMİ


“2022-ci ilin ikinci yarısında Azərbaycan-Polşa hökumətlərarası iqtisadi komissiyasının səkkizinci iclası keçiriləcək. Bu, ikitərəfli münasibət formatında dialoqun davam etdirilməsi üçün müsbət platformadır”.
Oxu.Az-ın məlumatına əsasən, bunu Ceyhun Bayramov ATƏT sədri, polşalı həmkarı Zbiqnev Rau ilə keçirdiyi birgə mətbuat konfransında deyib.
Nazir Azərbaycan-Avropa İttifaqı əlaqələrindən də danışıb.
“Azərbaycan-Avropa İttifaqı yeni ikitərəfli sazişi də qarşılıqlı faydalı və bərabərhüquqlu əməkdaşlıq formatında işlənib-hazırlanır. Bu sazişin yaxın zamanlarda tamamlanacağı gözlənilir”, - deyə Ceyhun Bayramov əlavə edib.