Avropa Komissiyasının prezidenti Kiyevə səfər edəcək

Aprelin 1-i Belçikanın paytaxtı Brüsseldə Avropa Komissiyasının prezidenti Ursula von der Leyen ilə  Çin prezidentinin virtual zirvə görüşü baş tutub.
"Sherg.az" "CNN"ə istinadən xəbər verir ki, həmin görüşdən sonra mətbuat konfransı keçirilib. Komissiya rəsmisi Kiyevə səfər edəcəyini bildirib.
Leyenin sözçüsü Erik Mamer bu barədə açıqlama verib:

"Şənbə günü Varşavada  “Ukrayna üçün ayağa qalx” adlı tədbir keçiriləcək. Avropa Komissiyasının rəhbəri Ursula von der Leyen və Aİ-nin xarici əlaqələr üzrə rəhbəri Xosep Borrell həmin iclasdan əvvəl Zelenski ilə görüşəcək”.

Qeyd edək ki, ötən həftə Avropa Parlamentinin prezidenti Roberta Metsola V.Zelenski ilə görüşmək üçün səfər edib, parlamentin xüsusi iclasında çıxış edib. Ukrayna lideri onun ziyarətini  alqışlayıb, bunu ölkə üçün “vacib an” adlandırıb.