Qərb və Rusiya Qarabağ mövzusunda Ermənistan üzərindən oynayacaqlar - Siyasi şərhçi

"Qarabağla bağlı Qərb və Rusiyanın yarışı başlayıb: hər iki cəbhə öz masasında əldə olunan razılaşmanın icrasına çalışır və hər iki masadakı razılaşmalar bu və ya digər formada Bakının maraqlarına uyğundur". 

Sherg.az xəbər verir ki, bu haqda siyasi şərhçi Asif Nərimanlı bildirib. O, qeyd edir ki, yaranmış vəziyyət Azərbaycana təzyiq imkanlarını da azaldır: 

"Moskva “bizim masada əldə olunan razılaşmalar yerinə yetirilməlidir” desə, Bakı razıdır, analoji hal Qərbə də aiddir. Hər iki cəbhə onu da anlayır ki, Azərbaycanın maraqlarına uyğun olmayan şərtlərdə Bakının alternativi var.
Bu baxımdan, tərəflər Ermənistan üzərindən oynayacaqlar. Lavrovun Mirzoyana dedikləri də bununla bağlı idi. Qərbdən də İrəvana müxtəlif vədlərin gəlməsi mümkündür.  Maraqlı mənzərədir. Sanki Əliyev kartları paylayıb oyunu izləyir...".

Turan