Paşinyan anlayır! – “Qərar verə bilməsələr, 2020-ci il müharibəsinin təkrarı...”

“Konkret  olaraq bildirir ki, əsas mahiyyət sülhə hazırlaşmaqdır”

“Amma daxili faktorlar buna imkan vermir. Ermənistanda çox güclü müxalifət var”

“Ermənistan bloku” Robert  Koçarayan rəhbərliyi ilə toplanıb. Masada müxtəlif ssenarilər var: Paşinyanın devrilməsi, terror, sərhəddə atəşkəsin pozulması, mitinqlər, müxtəlif diversiya hərəkətləri, anti-Paşinyan dinamitlərinin hərəkətə gətirilməsi və.s”     



Ermənistanın baş naziri Nikol Paşinyan növbəti dəfə diqqət çəkən açıqlama verib. O, Qarabağ məsələsi ilə bağlı danışarkən deyib ki, erməni xalqını qurbanlıq qoyun statusundan çıxarmaq lazımdır.
 “İfadəmə görə üzr istəyirəm, biz yol açırıq ki, xalqımızı qurbanlıq qoyun statusundan çıxaraq... Müharibə olub-olmayacağına qərar verməmişik, heç nəyə qərar verməmişik. Bu gün mən deyirəm ki, Ermənistan suveren ölkədir və biz nəyisə həll etmək hüququnu özümüzə qaytarmalıyıq. Çünki biz bir ölkəyik, axur yox. Biz müxtəlif yerlərdə bizi neçə dəfə və necə kəsəcəklərinə və ya bağışlayacaqlarına qərar verəcəkləri qurbanlıq qoyun deyilik, biz vətəndaşıq”.

 Sosial Tədqiqatlar Mərkəzinin Mətbuat Xidmətinin rəhbəri, beynəlxalq məsələlər üzrə mütəxəssis Əziz Əlibəyli Nikol Paşinyanın bu açıqlamasını “Sherg.az”a şərh edib. Onun sözlərinə görə, Paşinyan imza atmaq ərəfəsindədir:

“Amma daxili faktorlar buna imkan vermir. Ermənistanda çox güclü müxalifət var. O cümlədən, revanşistlər və separatçılar onu təhdid edirlər. Bütün bunlar nəyə gətirib çıxara bilər? “Ermənistan bloku” Robert  Koçarayan rəhbərliyi ilə toplanıb. 

Masada müxtəlif ssenarilər var: Paşinyanın devrilməsi, terror, sərhəddə atəşkəsin pozulması, mitinqlər, müxtəlif diversiya hərəkətləri, anti-Paşinyan dinamitlərinin hərəkətə gətirilməsi və.s  Bütün bunların hamısı onu göstərir ki, Nikol Paşinyan indiki vəziyyətdə Ermənistanın qurbanlıq qoyun olduğunu anlatmaq istəyir. 

O, hesab edir ki, qərar verə bilməsələr, 2020-ci il müharibəsinin təkrarı yaşana bilər. Konkret  olaraq bildirir ki, əsas mahiyyət sülhə hazırlaşmaqdır”.