«Sülh müqaviləsi ilə bağlı aparılan danışıqlarda intensivliyin bir az azalması da sözügedən faktorla əlaqəlidir
«Koçaryanlar, Sarqsyanlar, Vanesyanlar daha ciddi təhlükə yaradırlar»
Ermənistanda etirazların ardı-arası kəsilmir.
Ermənistan müxalifəti baş nazir Nikol Paşinyanı hakimiyyətdən uzaqlaşdırmaq istəyir. Küçələrdəki etiraz aksiyalarına geniş ictimai dəstək müşahidə olunmur. Görünür, cəmiyyət yalan illuziyalardan yorulub. Hamı bir-birini ittiham edir, işğalçı ölkə xaosun tam içindədir.
Ermənistandakı vəziyyəti "Sherg.az"a şərh edən Sosial Tədqiqatlar Mərkəzinin mətbuat xidmətinin rəhbəri, beynəlxalq məsələlər üzrə ekspert Əziz Əlibəylinin fikirlərincə, N.Paşinyan proseslərdə daha ciddi mərhələyə qədəm qoyma ərəfəsindədir:
"Sülh müqaviləsi ilə bağlı aparılan danışıqlarda intensivliyin bir az azalması da sözügedən faktorla əlaqəlidir. Koçaryanlar, Sarqsyanlar, Vanesyanlar daha ciddi təhlükə yaradırlar. Düşüncə tərzlərinə görə terrorçu, daşnaklardırlar.
Azərbaycan sülhün tərəfdarıdır, bu da Paşinyanın götürdüyü öhdəliklər sırasındadır. Paşinyan hakimiyyətini itirməsə, sülhə razılaşması mümkündür. İrəvandakı müxalifət Paşinyanın ölkəni satdığını düşünür. Etiraz aksiyaları müəyyən qədər şiddətlənir, sonra azalır. Paşinyanın öldürülməsiylə nəticələnməsini gözləmək lazımdır. Paşinyan hələki möhkəm görünür".