Azərbaycan-Gürcüstan münasibətlərinin inkişaf perspektivləri MÜZAKİRƏ

Gürcüstanın xarici işlər nazirinin birinci müavini Laşa Darsaliya Azərbaycanın bu ölkədəki səfiri Faiq Quliyevlə görüş keçirib.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Xarici İşlər Nazirliyindən bildirilib.

Tərəflər Gürcüstan və Azərbaycan arasında ikitərəfli əməkdaşlığın gündəliyində duran cari məsələləri və münasibətlərin gələcək inkişaf perspektivlərini müzakirə ediblər. Yüksək səviyyəli qarşılıqlı səfərlərin mübadiləsinin vacibliyi qeyd olunub.

Görüşdə iki ölkə arasında diplomatik əlaqələrin qurulmasının 30-cu ildönümü ilə bağlı müvafiq tədbirlərin təşkilinə hazırlıq ifadə olunub.

Sonda tərəflər Gürcüstan və Azərbaycan arasında strateji tərəfdaşlığın daha da dərinləşdirilməsinə hazırlıqlarını bir daha təsdiqləyiblər.