XİN rəhbəri: “Heç bir Kanada nümayəndəsi Rusiya səfirliyində tədbirdə iştirak etməməlidir”

Kanada Xarici İşlər Nazirliyinin rəhbəri Melani Coli Rusiyanın Ottavadakı səfirliyində Rusiya Günü münasibətilə keçirilən qəbulda Kanada XİN nümayəndəsinin iştirakını pisləyib. Onun sözlərinə görə, bu, yolverilməz bir hərəkət idi. 
“Bu, qəbuledilməzdir. Rusiya səfirliyində baş tutan tədbirdə heç bir Kanada nümayəndəsi iştirak etməməli idi və bundan sonra heç bir Kanada nümayəndəsi belə tədbirlərdə iştirak etməyəcək”, - deyə Coli bildirib və Ottavanın Rusiyanın Ukraynadakı müharibəsində Kiyevi dəstəklədiyini xatırladıb.
Qeyd edək ki, iyunun 10-da Rusiya səfirliyində Rusiya Günü münasibətilə tədbir təşkil olunub. Burada Afrika, Yaxın Şərq və Latın Amerikasının 30-dan çox ölkəsinin səfirləri də daxil olmaqla 100-dən çox insan iştirak edib.