Lavrov:“Rusiya taxıl daşınmaları üçün dəhlizi yaratmağa hazırdır”

G20 Xarici İşlər Nazirləri Toplantısında iştirak edən Rusiyanın xarici işlər naziri Sergey Lavrov jurnalistlərə açıqlamasında Türkiyə və Ukrayna ilə taxıl daşımalarının təhlükəsizliyini təmin etməyə hazır olduqlarını bildirib.
“Sherg.az” HaberGlobal-a istinadən xəbər verir ki, S.Lavrov Qərbin Rusiyanın taxıl tədarükünü süni şəkildə əngəlləməyə çalışdığını vurğulayıb.
Ukraynadakı taxıl daşınmalarına toxunan Lavrov, Rusiyanın Türkiyənin köməyi ilə taxıl yüklü gəmilərin Qara dənizdən boğazlara, oradan da Aralıq dənizi və digər bazarlara asanlıqla çıxması üçün təhlükəsizlik dəhlizi yaratmağa hazır olduğunu vurğulayıb.