Pakistan səfiri: “Azərbaycan Prezidentinə təşəkkür edirik”

“Qardaş Azərbaycanın bu xeyirxah jestini dərin rəğbətlə qarşılayırıq. Bu çətin zamanda Pakistan xalqının yanında olduğunuz üçün təşəkkür edirik”.

Bu barədə Pakistan İslam Respublikasının Azərbaycandakı səfiri Bilal Haye “Twitter” hesabında Pakistan Xarici İşlər Nazirliyinin paylaşımını “retvit” edib.

“Azərbaycan hökuməti tərəfindən səxavətli dəstəyə görə Azərbaycan Prezidentinə təşəkkür edirik.

Çətin zamanda bu həmrəylik jestini yüksək qiymətləndiririk”, - paylaşımda deyilir.