İranın xarici işlər naziri Rusiyaya səfər edəcək

İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan avqustun 31-də Moskvaya səfər edəcək.

APA-nın xəbərinə görə, diplomat Moskvaya səfəri zamanı rusiyalı həmkarı Serqey Lavrovla danışıqlar aparacaq

Rusiya XİN-in məlumatına görə, görüş zamanı Ukrayna, Suriya, Əfqanıstan, Cənubi Qafqaz və Xəzər dənizi ətrafındakı vəziyyət müzakirə olunacaq.