Çavuşoğlu Polşanın xarici işlər naziri ilə görüşüb

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu polşalı həmkarı Rau Zbiqnev ilə görüşüb.
APA-nın İstanbul müxbiri xəbər verir ki, görüş Sloveniyanın Bled şəhərində keçirilən Strateji Forum çərçivəsində reallaşıb.

XİN başçıları ikitərəfli münasibətlər və Ukraynadakı vəziyyəti müzakirə ediblər.