Rəsmi Bakıdan Ukraynanın ərazi bütövlüyü ilə bağlı AÇIQLAMA

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Ukraynanın ərazi bütövlüyü ilə bağlı açıqlama verib.
XİN-in mətbuat katibi Leyla Abdullayeva AZƏRTAC-a açıqlamasında mövzu ilə bağlı danışıb.  
“Azərbaycan və Ukrayna hər zaman qarşılıqlı şəkildə bir-birlərinin ərazi bütövlüyü və suverenliklərini dəstəkləyiblər və bu xüsusda Azərbaycanın mövqeyində heç bir dəyişiklik yoxdur”, - deyə ol əlavə edib.
Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin Ukraynanın işğal altında olan ərazilərinin ölkəsinə ilhaq edən qərar imzalayıb.