İrəvan və Parisin məkrli planları var!-Sərhəddə yeni təxribatlar...


Paşinyan geosiyasi seçim kontekstində sərhəddə yeni təxribatlar törədə bilər
  "Fransa və Ermənistan Qafqazda məkrli plan üzrə hərəkət etmək fikrindədir". Bu sözləri "Sherg.az"a Bakı Politoloqlar Klubunun rəhbəri Zaur Məmmədov deyib. Ekspert bildirib ki, Fransa Senatı ölkə hökumətini Xankəndidə humanitar ofisin yaradılması məsələsini müzakirə etməyə, ərazi bütövlüyünü təmin etmək üçün Ermənistana hər cür yardım göstərməyə çağırır: "Xüsusən, onun müdafiə qabiliyyətini gücləndirməyə səsləyir. Qətnamə müəllifləri Fransa hökumətindən erməni əhalisinin və Ermənistanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində təhlükəsizliyinə təminat verməsini xahiş edir. Bu məqsədlə beynəlxalq qüvvələrin yerləşdirilməsi xahişini təklif edirlər. Senatorlar davamlı sülhün bərqərar olması üçün danışıqlar vasitəsi kimi istifadə olunan "Dağlıq Qarabağ Respublikası"nın tanınmasının zəruriliyini təsdiqləyirlər".
  Z.Məmmədova görə, İrəvan və Paris Azərbaycana kələk gəlməklə müəyyən məqsədlər güdürlər: "Analitikin sözlərinə görə, Azərbaycan və Ermənistan bir-birilərinin sərhədlərini tanıyır. Paris və İrəvan sonradan beynəlxalq sərhədlərin tanınmasının Qarabağın dağlıq hissəsi ilə əlaqəli olmayacağını deyəcəklər. ABŞ birbaşa deyil, dolayısı ilə Aİ xətti ilə Ermənistanda möhkəmlənmək istəyir. Bununla bağlı olaraq sülhün möhkəmləndirilməsi adı altında Ermənistanda müəyyən ofislərin açılması ilə bağlı təkliflərin ediləcəyi istisna deyil. Yaranmış vəziyyətdə Paşinyan geosiyasi seçim kontekstində sərhəddə yeni təxribatlar törədə bilər".