Tahir Budaqov: “Azərbaycanın quruculuq konsepsiyası dünyanın diqqət mərkəzindədir”

“Postkonflikt dövründə Azərbaycanın quruculuq konsepsiyası dünyanın diqqət mərkəzindədir”.
“Report”un xəbərinə görə, bunu Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov “Prezident İlham Əliyevin rəhbərliyi ilə postkonflikt quruculuğu modeli” mövzusunda keçirilən qələbənin ikinci ildönümü - Zəfər Gününə həsr olunan konfransda deyib.
O bildirib ki, torpaqlarımızın işğaldan azad edilməsi məqsədyönlü siyasətin nəticəsidir:
“Prezident İlham Əliyev rəhbərliyi ilə Azərbaycan postkonflikt dövrünün quruculuq modelini yaradır”.
T.Budaqovun sözlərinə görə, Azərbaycanın yaratdığı reallıqlar əsasında sülh gündəliyinin əsas prinsipləri müəyyənləşib:
“Zəngəzur dəhlizinin açılması geniş və çoxşaxəli əməkdaşlığın formalaşdırılması deməkdir. Postkonflikt dövründə Azərbaycanın quruculuq konsepsiyası dünyanın diqqət mərkəzindədir. Tariximizin şanlı dövründə yaşayıb-yaratmaq hər bir azərbaycanlı üçün böyük şərəfdir. Hər birinizə şərəflə addımlamağı arzu edirəm”.