İsraildə parlament seçkisinin ilkin nəticələri açıqlandı

İsraildə 25-ci çağırış Knessetdə səsvermə başa çatıb. Parlament seçkisinin ilkin nəticələri açıqlanıb.
Səslərin hesablanması davam edir.
Mərkəzi Seçki Komissiyası noyabrın 3-də saat 07:58-ə qədər 4 390 375 səsin hesablanmasını açıqlayıb, bütün səslərin 91%-i hesablanıb.

İlkin nəticələrə görə, “Likud” - 23,41% səs, “Yeş Atid” - 17,86%, “Sionut Datit” - 10,44%, “Mahane Mamlahti” - 8,95%, ŞAS - 8,35%, “Yadut HaTorah” - 6,06%, NDI - 4,39%, RAAM - 4,27%, HADASH-TAAL - 3,93%, “Avoda” - 3,56% səs toplayıb.

“Meretz” - 3,16%, “Balad” - 3,01% səslə seçki baryerini (3,25%) keçə bilməyib, lakin buna yaxın olublar.

“Beyt Yequdi” partiyası isə seçki baryerinə yaxınlaşa bilməyib (1,17%).

Solçu/ərəb partiyalarından hər hansı biri seçki baryerini aşa bilmədiyi halda, sağçı-dini koalisiya öz koalisiyasını yaratmaq üzrə açıq üstünlük qazanır. Bütün solçu/ərəb partiyaları seçki  baryerini aşarsa, koalisiyanın yaradılması xeyli mürəkkəbləşə bilər.

Parlament seçkisində səsvermə hüququna malik olan bütün vətəndaşların 71,3%-i iştirak edib. Bu, 2015-ci ildən bəri ən yüksək göstəricidir.

Mənbə: Newsru.co.il