"Türkiyə bundan sonra yaratdığı nüfuz dairələrinin kiçilməsi xəttinə getməz" - Ekspert

"Türkiyənin xarici siyasəti bir şəxsin özəl mülkiyyətinə daxil deyil".

Bu sözləri "Sherg.az"a siyasi şərhçi Aqşin Kərimov deyib. 

Ekspert bildirib ki, ölkənin "dərin dövləti" rəsmi Ankaranın təməl paradiqmalardan ayrılaraq fərqli xüsusiyyət qazanmasının qarşısını alır.: 

"Türkiyədə kimin prezident seçilməsindən asılı olmayaraq, bu dövlət Cənubi Qafqaz, Suriya, İraq, Liviya, Afrika, Latın Amerikası üzrə maraqlarının təmin edilməsi yönündə çalışaraq ölkənin qlobal gücə çevrilməsinə can atmağa davam edəcək. Bəs problem nədir? Problem Türkiyənin seçkilər ərəfəsində və ondan sonrakı dövrdə qeyri-sabitliyə daxil olması riskləridir. Daxildəki təhdidlərin Türkiyəni zəiflətmək təcrübələri olub ki, bu da Ankaranın çoxşaxəli xarici siyasətində problemlər yaradıb. Amma Türkiyə bundan sonra yaratdığı nüfuz dairələrinin kiçilməsi xəttinə getməz. Dövlətin başında kimin olmasından asılı olmayaraq, bu, baş verməyəcək".