Səfir: “Azərbaycan dünya üçün ümumi baxışın inkişafına töhfə verəcək”

“Azərbaycan inkişaf etməkdə olan dünya, bütövlükdə dünya üçün ümumi baxışın inkişafına töhfə verəcək”.
"Report" "ThePrint"ə istinadən xəbər verir ki, bunu Azərbaycanın Hindistandakı səfiri Əşrəf Şıxəliyev “Qlobal Cənubun Səsi” sammitində çıxışı zamanı deyib.
“Qlobal Cənubun Səsi” sammiti qlobal gündəmdəki məsələlərin müzakirəsi istiqamətində ilk addımdır. Hörmətli energetika nazirimiz enerji təhlükəsizliyi ilə bağlı müzakirələrdə iştirak edir. Şadam ki, hazırda Qoşulmama Hərəkatına sədrlik edən Azərbaycan inkişaf etməkdə olan dünya, bütövlükdə dünya üçün ümumi baxışın inkişafına töhfə verəcək”, - səfir bildirib.
Bundan başqa, səfir Hindistanı G20-yə sədrliyi münasibətilə təbrik edib.