Britaniya səfiri: “Azərbaycana gələndə söz vermişdim ki, hər bölgəyə səfər edəcəm”

“Keçən il Azərbaycana gələndə söz vermişdim ki, 2023-cü ilin sonuna qədər hər bölgəyə səfər edəcəyəm”.
“Report” xəbər verir ki, bunu Böyük Britaniyanın Azərbaycandakı səfiri Fergus Auld tviterdəki səhifəsində yazıb.
“Bu ilə yaxşı başlanğıc! Qusar”, - səfir Qusara səfəri ilə bağlı yazıb.