Ərdoğan: “Türkiyə yoxsul Afrika ölkələrinin problemini Rusiyadan taxıl təmin etməklə həll edəcək”


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya kənd təsərrüfatı məhsullarının Afrikanın yoxsul ölkələrinə pulsuz çatdırılması planlarının olmasını təsdiqləyib.

“Report” “TRT Haber”ə istinadən xəbər verir ki, dövlət başçısı gənclərlə görüşdə hazırkı vəziyyətin Ukraynadan taxıl ixracı ilə tarazlaşdırmaq mümkün olacağını bildirib.

Prezidentin sözlərinə görə, onlara ehtiyacı olan Afrika ölkələri ümumi ixrac həcminin 14 %-ni təşkil edir:

“Türkiyə, sayəsində taxıl dəhlizinin yaradılması məsələsinin həll olunduğu ölkəyə çevrilib, lakin bizim missiyamız burada tamamlanmayıb. Məqsədimiz Putinin yoxsullara göndərməyi təklif etdiyi Rusiya taxılını emal etmək və onları ehtiyacı olan Afrika dövlətlərinə çatdırmaqdır. Bu günə qədər kənd təsərrüfatı məhsullarının 44 %-i Avropaya, 14 %-i isə Afrikaya göndərilib. Cavabımızı yoxsul Afrika ölkələrinə tədarükü tarazlaşdırmaqla verəcəyik”.