Mərakeş səfiri Şəhidlər xiyabanını ziyarət edib

Mərakeşin Azərbaycandakı səfiri Adil Embarş Şəhidlər xiyabanını ziyarət edib.

“Report” xəbər verir ki, bu barədə Mərakeşin Azərbaycandakı səfirliyindən məlumat verilib.

Səfir 20 Yanvar faciəsi şəhidlərinin məzarları üzərinə gül dəstələri düzərək onların xatirəsini ehtiramla yad edib.