Ankara İsveç müdafiə nazirinin Türkiyəyə səfərini ləğv etdi - SƏBƏB

Ankara İsveçin müdafiə naziri Pol Yonsonun Türkiyəyə planlaşdırılan səfərini ləğv edib.
Bu barədə Türkiyənin Milli Müdafiə Naziri Hulusi Akar bəyan edib.
O, PKK terror təşkilatı tərəfdarlarının Qurani-Kərimə qarşı təxribatlarını və Stokholmda Türkiyə səfirliyi qarşısında Türkiyə əleyhinə nümayiş keçirmək üçün İsveç polisindən icazə almasını kəskin tənqid edib.
“Buna qarşı reaksiya göstərməmək qəbuledilməzdir. Mütləq tədbir görmək lazım idi”, - deyə nazir bildirib.
“Hazırda İsveçin müdafiə naziri Yonsonun yanvarın 27-də Türkiyəyə səfəri mənasızdır. Ona görə də biz səfəri ləğv etdik”, - deyə Hulusi Akar əlavə edib.
Mənbə: Haber Global