İran XİN-dən Azərbaycan səfirliyinə edilən silahlı hücuma MÜNASİBƏT

“Azərbaycan səfirliyində baş verən insident yüksək həssaslıqla araşdırılır”.
Azərbaycanın Tehranda yerləşən səfirliyinə qarşı həyata keçirilən silahlı hücum barədə açıqlama verən İran XİN-in rəsmi nümayəndəsi Nasir Kənani belə deyib.
“Hadisəyə polis və təhlükəsizlik qüvvələri müdaxilə edib. Hücumu həyata keçirən şəxs saxlanılıb, hazırda dindirilir”, - deyə N.Kənani bildirib.
Xatırladaq ki, bu gün səhər saatlarında Azərbaycanın Tehrandakı səfirliyinə silahlı hücum edilib. Hücum dəf edilərkən diplomatik missiyanın mühafizəsinə cavabdeh olan Azərbaycan təhlükəsizlik qüvvələrinin əməkdaşı Orxan Əsgərov qəhrəmancasına həlak olub, daha iki nəfər yaralanıb.