BMT-nin nümayəndəsi: “Azərbaycanın İrandakı səfirliyinə edilən hücumu qətiyyətlə pisləyirik” - FOTO

“Azərbaycanın İrandakı səfirliyinə edilən hücumu qətiyyətlə pisləyirik”.
Oxu.Az-ın məlumatına görə, bunu BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreyeva özünün “Twitter” hesabında yazıb.
O, mülki sakinlərə və mülki obyektlərə, o cümlədən diplomatik missiyalara qarşı hücumların, beynəlxalq humanitar hüquqa əsasən, qəti şəkildə qadağan olduğunu bəyan edib.
Vladanka Andreyeva həmçinin mərhumun ailəsinə başsağlığı verib və yaralananlara şəfa diləyib.