Ərdoğan Rəisi ilə telefonla danışıb

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İran Prezidenti İbrahim Rəisi ilə telefon danışığı aparıb.

APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, bu barədə Türkiyə Prezidenti Administrasiyası məlumat yayıb.

Qeyd olunub ki, danışıq zamanı Ərdoğan Fələstinə hücumlarına qarşı islam dünyasının həmrəy olmasının lazım olduğunu bildirib.