Daha bir müxalif partiyadan Ərdoğana dəstək

Türkiyənin Demokratik Sol Partiyası (DSP) mayın 14-də keçiriləcək prezident seçkisində Prezident Rəcəb Tayyib Ərdoğanı dəstəkləyəcək.
Bakupost.az xəbər verir ki, bunu DSP sədri Öndər Aksakal deyib.
“Mayın 14-də baş tutacaq parlament seçkilərində öz siyahımızla iştirak etməyəcəyik. AKP siyahısında olacağıq”, - Aksakal qeyd edib.