Almaniya Rusiya diplomatlarını ölkədən qovur

Rəsmi Berlin Rusiya diplomatlarının Almaniyadan kütləvi şəkildə çıxarılması ilə bağlı qərar qəbul edib.

“Report” TASS-a istinadən bildirir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

Nazirlikdən qeyd olunub ki, Rusiya diplomatlarının Berlindən kütləvi şəkildə qovulmasına qarşılıqlı cavab veriləcək.

“Berlin öhdəliklərini pozub. Onlar Rusiya-Almaniya münasibətlərini məhv etmək siyasəti yürüdürlər”, - Rusiya XİN-dən vurğulanıb.