Seçkiləri ilə əlaqədar sosial şəbəkələrdəki 508 görüntü araşdırılıb

Biz Mərkəzi Seçki Komissiyasının üzvləri ilə birlikdə sosial şəbəkədə yayılan görüntülərə baxmışıq.

Sherg.az  xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında MSK sədrinin müavini Rövzət Qasımov deyib.

O bildirib ki, 508 görüntü tirajlanıb: “Bütün görüntülər 25 dairədən 49 məntəqəni əhatə edir.

MSK sədri Məzahir Pənahov isə əlavə edib ki, 6478 məntəqənin cəmi 49-da belə görüntülər var.