Kreml: Bakı, İrəvan və Moskva arasında razılaşmaların icrası davam etdiriləcək

Krem Bakı, İrəvan və Moskva arasındakı üçtərəfli razılaşmaların müddəalarının reallaşdırılmasını alternativsiz hesab edir.

APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Kremlin Mətbuat katibi Dmitri Peskov bildirib.

"Rusiya Federasiyası Bakı, İrəvan və Moskva arasında alternativsiz olan razılaşmaların müddəalarının icrası üzərində işi davam etdirəcək", - deyə Kremlin sözçüsü vurğulayıb.