KİV: Rusiya Qarabağdakı sülhməramlıların komandanını dəyişir

Rusiya hakimiyyəti Qarabağda müvəqqəti yerləşdirilmiş sülhməramlıların komandanı, general-mayor Andrey Volkovu vəzifəsindən geri çağırmaq barədə qərar qəbul edib.

Bu barədə Ermənistan mətbuatı məlumat yayıb.

İddialara görə, Andrey Volkovu əvəz edəcək yeni komandirin rütbəsi general-polkovnikdir.

“Həmin şəxs Rusiya ordusunun tərkibində müharibədə iştirak etmiş təcrübəli zabitdir”, – mənbə iddia edir.
Məlumatda həmçinin bildirilib ki, A.Volkovun xələfi Rusiyanın müdafiə naziri Sergey Şoyqunun ən etibarlı kadrlarından biridir.

Mənbə: Hraparak