"Rusiya terrora hazırlaşır, radiasiya yayacaq" 

Ukrayna Prezidenti Vladimir Zelenski Rusiyanın növbəti terror hücumu barədə xəbərdarlıq edib.

Bakupost.az xarici KİV-ə istinadən xəbər verir ki, Ukrayna lideri sosial media hesabından verdiyi açıqlamada Rusiyanın Zaporojye 
Atom Elektrik Stansiyasında radiasiya yayan terror aktı planlaşdırdığı barədə məlumat verib.

O, kəşfiyyət xidmətinin məlumatına əsasən bildirib ki, Rusiya bu terror aktına bütün hazırlıqları görüb.

Həmçinin Zelenski Kaxovka bəndinin dağıdılmasını Avropanın Çernobıldan bəri gördüyü ən böyük fəlakət adlandırıb. O, Rusiyanın növbəti hədəfinin Zaporojye Atom Elektrik Stansiyasında radiasiya yayılmasına səbəb olacaq terror aktı olduğunu söyləyib.
Qeyd edək ki, Zelenskinin iddiasına Rusiyadan cavab gecikməyib. Kreml Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin baş direktoru Rafael Qrossinin bu yaxınlarda obyektə səfərini diqqətə çəkərək, Zelenskinin Rusiya qüvvələrinin radiasiya sızması təşkil edə biləcəyi ilə bağlı iddialarını rədd edib. Kremlin sözçüsü Dmitri Peskov bunun "növbəti yalan" olduğunu vurğulayıb.