Ukrayna MN: Pilotlarımızın “F-16”-larda təlimləri iyulda başlaya bilər

Ukrayna pilotlarının “F-16” qırıcılarında təlimləri gələn ay başlaya bilər.

APA xəbər verir ki, bunu Ukrayna müdafiə naziri Aleksey Reznikov yerli “Military Media Center” hərbi xəbər portalına deyib.

“Ümid edirik ki, təlimlər iyulda başlayacaq. Hazırda təlim proqramı hazırlanır və onun təsdiqindən sonra təlimlər başlaya bilər”, - deyə nazir qeyd edib.

Qeyd edək ki, bir müddət əvvəl Danimarka və Niderland Ukrayna pilotlarına “F-16” döyüş təyyarələrində təlim keçməyə hazır olduqlarını bəyan edib.