Ermənistanın Əməkdar artisti: “İlham Əliyevə dərin hörmətim var”

Ermənistanın Əməkdar artisti David Amalyan Azərbaycan Prezidenti İlham Əliyev barədə müsbət fikirdə olduğunu bildirib.

Bu barədə Ermənistan mətbuatı yazır.

“Mən bu insana, yəni azərbaycanlıların liderinə dərin hörmət bəsləyirəm. Onun xarakteri var. Bu şəxs (İlham Əliyevi nəzərdə tutur - red.) bir neçə ali məktəbi bitirib, yüksək intellektə sahibdir.
Efirdə hər şeyi demək istəmirəm, amma 30 ildə biz qəbiləyə çevrilmişik, İlham Əliyev isə bütöv bir xalqı ətrafına toplayaraq onları səfərbər edə bilib. İnanıram ki, bu, bizim üçün müvəqqətidir və ümid edirəm ki, bizim də hər şeyi yoluna qoyacaq belə bir liderimiz olacaq”, - deyə Ermənistanın Əməkdar artisti açıqlamasında bildirib.