Paşinyan: “Guya İlham Əliyevlə liftdə danışıqlar aparmışam”



“2018-ci ildə Düşənbədə Azərbaycan Preizdenti ilə eyni liftə mindik, sonra bizim orada danışıqlar aparıdığımızı iddia etdilər”.

Globalinfo.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan 44 günlük müharibəni araşdıran istintaq komissiyasında dindirilmə zamanı deyib.

Paşinyan o zaman bunun Ermənistan siyasətində fərqli şəkildə müzakirə olunduğunu bildirib:

“Daha sonra Ermənistanda bu məzələ müzakirə edildi, “lift diplomatiyası” adlandırıldı. Həmin vaxt Qriqori Hayarpetov da bizimlə birlikdə idi. O, məndən öncə Serj Sarkisyan və Robert Köçaryanın da baş mühafizəçisi olmuşdu. Biz üç nəfət liftə daxil olduq, dördüncüyə yer yox idi. Sonra müxalifət bununla bağlı fərziyələr yürütməyə başladı. Mən də Hayarpetovu işdən azad etdim, onun artıq vəzifə öhdəliyi daşımadığını, liftə Əliyevlə nə danışdığımızı gedib Hayarpetovdan soruşa biləcəyini söylədim. Axı liftə nə danışıq ola bilərdi? Özü də hər hansı qapalı müzakirələrə mühafizə buraxılmır. Yəni zaman-zaman iki ölkə başçıları arasında keçirilmiş müxtəlif görüşlərlə bağlı hər zaman fərqli fərziyələr səsləndirilir”.