Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin ikitərəfli görüşü başlayıb - FOTO

Azərbaycan və Ermənistan xarici işlər nazirləri - Ceyhun Bayramov və Ararat Mirzoyan arasında ikitərəfli görüş başlayıb.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) “Twitter”də məlumat yayıb.
Qeyd edək ki, görüş ABŞ-ın Arlinqton şəhərində keçirilir.
ABŞ dövlət katibi Entoni Blinken bu gün hər iki ölkənin xarici işlər nazirləri ilə ikitərəfli görüşlər keçirib, daha sonra danışıqlar üçtərəfli formatda davam etdirilib.