Paşinyan Ərdoğana zəng etdi 

Ermənistanın Baş naziri Nikol Paşinyan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı Qurban bayramı münasibəti ilə təbrik edib.

APA xəbər verir ki, bu barədə Ermənistan Baş nazirinin mətbuat xidməti məlumat yayıb.

Qeyd olunub ki, Türkiyə lideri də öz növbəsində Ermənistan hökumət başçısını qarşıdan gələn İsa Məsihin Transfiqurasiyası (İsanın simasının dəyişməsi) bayramı münasibətilə təbrik edib.

Ermənistan və Türkiyə liderləri ikitərəfli münasibətlərin normallaşdırılması prosesini müzakirə ediblər, həmçinin diplomatik pasportlara malik şəxslər və üçüncü ölkə vətəndaşları üçün quru sərhədlərinin açılması prosesinə toxunublar.