Tural Gəncəliyev Ermənistan nümayəndə heyətinin üzvünə  cavab verdi - VİDEO


Ermənistan Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə məhəl qoymadan təcavüzkar bəyanatlar verməkdə davam edir.

Sherg.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Vankuverdə ATƏT Parlament Assambleyası Komitəsinin ikinci iclasında çıxış edən Milli Məclisin deputatı Tural Gəncəliyev deyib.

T.Gəncəliyev Ermənistan nümayəndə heyətinin üzvünə  cavab olaraq bildirib ki, Azərbaycanda beynəlxalq və daxili hüquqi qüvvəyə malik olmayan saxta coğrafi yerlərdən istifadə edilməsi Ermənistanın Azərbaycanın ərazi bütövlüyünə hörmətlə bağlı ən yüksək səviyyədə bəyanatlarının Ermənistanın etdiyi əməllərlə, o cümlədən onun ATƏT PA-dakı parlament nümayəndə heyətinin hərəkətlər ilə ziddiyyət təşkil etdiyinə sübutdur.

"Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü dəstəkləməsi bu ölkənin real hərəkətləri ilə ziddiyyət təşkil etməsəydi, alqışlana bilərdi. Ermənistanın atdığı addımlar Ermənistan və Azərbaycan arasında münaqişədən sonra münasibətlərin normallaşması prosesinə xələl gətirmək və Azərbaycanın suveren ərazilərində qanunsuz hərbi mövcudluğu davam etdirmək məqsədi daşıyır", - deyə deputat əlavə edib.